Adam Kadırov daha bir mükafat alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Çeçenistan rəhbərinin kiçik oğlu Adam Kadırov daha bir mükafat alıb.
Bu dəfə ona “Axmat-Qroznı” OMON dəstəsinin döş nişanı təqdim edilib. Buna cavab olaraq Kadırov bölmənin üç zabitinə “Çeçenistan Respublikasının Qəhrəmanı” adı verib.
Qroznı-İnform respublika agentliyi yazır ki, 17 yaşlı Adam Kadırov “bölmənin xidməti və döyüş fəaliyyətində daimi yardım və dəstəyə görə” mükafatlandırılıb. Tam olaraq nədən ibarət olduğu bilinmir.
Xuraman Etibarlı
İnterpress.az