Ermənistanda Serj Sarkisyana qarşı yeni cinayət ittihamı irəli sürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb. Bildirilir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı yeni cinayət ittihamı irəli sürülüb,
O, xüsusilə külli miqdarda mənimsəmə və çirkli pulların yuyulmasında, habelə bu cinayətlərə köməklik etməkdə ittiham olunur.
İstintaqın məlumatına görə, söhbət “Yerablur” hərbi panteonunun ərazisində qeyri-qanuni daşınmaz əmlakın əldə edilməsindən gedir.
Xuraman Etibarlı
İnterpress.az