ABŞ tezliklə İrana qarşı birgə əməliyyata BAŞLAYACAQ – Hərbi və döyüş gəmiləri Fars körfəzinə DAXİL OLDUbackend

ABŞ tezliklə İrana qarşı birgə əməliyyata BAŞLAYACAQ – Hərbi və döyüş gəmiləri Fars körfəzinə DAXİL OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdən sonra ilk dəfə olaraq Fars körfəzinə Britaniya və Fransa hərbi gəmiləri, digər Avropa ölkəsindən bir döyüş gəmisi, həmçinin Amerikanın iki təyyarədaşıyan gəmisi daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı İsrail kəşfiyyatı əldə edib.

Əldə edilən məlumata görə, uzun müddətdən sonra ilk dəfə olaraq Fars körfəzinə Britaniya hərbi gəmisi, bir Fransa hərbi gəmisi, başqa bir Avropa ölkəsindən bir döyüş gəmisi, həmçinin Amerikanın iki təyyarədaşıyan gəmisi daxil olub.

ABŞ-nin milli təhlükəsizlik müşaviri verdiyi açıqlamada Yəməndə və Qırmızı dənizə bitişik bölgələrdə İran rejiminin hədəflərinə qarşı ABŞ-nin birgə əməliyyatının tezliklə başlayacağını açıqlayıb.

Əməliyyat həmçinin husilərə kömək edən kəşfiyyat gəmiləri və məsləhətçiləri də hədəf alacaq.

Əməliyyat İranın bölgədəki təhdidlərinə qarşı durmaq üçün planlaşdırılıb.

Xuraman Etibarlı

İnterpress.az