Qəzza zolağında HƏMAS-ın əsas silahlıları ÖLDÜRÜLDÜbackend

Qəzza zolağında HƏMAS-ın əsas silahlıları ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında HƏMAS-ın əsas silahlıları öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü məlumat verib.

Son 24 saat ərzində İsrail ordusu və Baş Təhlükəsizlik Xidmətinin zərbələri nəticəsində HƏMAS-ın 6 əsas yaraqlısı öldürülüb.

O cümlədən, Siyasi Büroda təhlükəsizlik naziri vəzifəsində çalışmış və HƏMAS İcraiyyə Komitəsində İnkişaf Nazirliyinə rəhbərlik etmiş Yaser Məhəmməd Harb Musa da məhv edilib.

O, İsrailə qarşı terror planlarının təşviqi və yönləndirilməsində iştirak edib. Həmçinin HƏMAS Siyasi Bürosunun öldürülən rəhbəri Sinvar da daxil olmaqla, təşkilat rəhbərliyinin yaxın adamı olub.

Məhəmməd Camasi HƏMAS-ın Qəzza zolağında fövqəladə hallar komitəsinin sədridir. O, təşkilatın siyasi bürosunda və rəhbərliyində əsas vəzifələrdə çalışıb.

Xuraman Etibarlı

İnterpress.az