Günəbaxan tumu arıqlamağa kömək edir.
İnterpress.az xəbər verir ki, bu barədə mütəxəssislər araşdırma aparıblar. Araşdırmanın nəticəsinə görə, günəbaxan tumu arıqlamağa kömək edir.
O, həmçinin yuxunu normallaşdırmağa, immuniteti artırmağa və dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edir.
Dietoloqların fikrincə, faydalı komponentlərin çoxluğuna görə toxumları super qida hesab etmək olar:
— Tərkibindəki Omeqa-3 yağ mübadiləsini tənzimləməyə kömək edir;
— B vitaminləri, kalium, maqnezium və sink immuniteti yaxşılaşdırır;
— Antioksidantlar hüceyrələrin qocalmasını ləngidir, saçın və dərinin vəziyyətini yaxşılaşdırır;
— Maqnezium və selenium sinir sistemini və qalxanvari vəzi dəstəkləyir;
— Toxumlar həm də yuxunu normallaşdırır və stressin öhdəsindən gəlməyə kömək edir.
Əsas odur ki, toxumları duzlu yemək, həmçinin onlara görə artıq çəki almamaq üçün gündə 20-40 qramdan çox yemək olmaz.
Xuraman Etibarlı
İnterpress.az