Pentaqon rəhbəri Heqset MƏHKƏMƏYƏ VERİLDİbackend

Pentaqon rəhbəri Heqset MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon rəhbəri Heqset Signal chat qalmaqalına görə məhkəməyə verilib.

İnterpress.az xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset Signal chat qalmaqalına görə məhkəməyə verilib.

Mediada yayılan məlumatlara görə, Amerika insan haqları təşkilatı “American Oversight” Yəməndəki hərbi əməliyyatları müzakirə etmək üçün Signal messencerindən istifadə etdiklərinə görə Heqset, milli kəşfiyyat rəhbəri Qabbard və daha üç şəxsə qarşı federal məhkəmədə iddia qaldırıb.

Xatırladaq ki, Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts səhvən gizli hərbi Signa söhbətinə Atlantik redaktorunu əlavə edib.

Söhbətdə vitse-prezident Vens, Pentaqon rəhbəri Heqset və Trampın milli təhlükəsizlik müşaviri Uolts gizli hərbi planları müzakirə ediblər.

Heqset ABŞ-nin Yəməndəki zərbələri ilə bağlı məlumatları, o cümlədən onların başlanmasından saatlar əvvəl paylaşıb.

Əvvəlcə bunun saxta olduğunu düşünən jurnalist, ABŞ faktiki olaraq Yəmənə zərbələr endirməyə başlayanda məlumatın həqiqiliyinə əmin olub.

Xuraman Etibarlı

İnterpress.az