Adam Kadırov daha bir mükafata layiq görülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Adam Kadırov Rusiya Milli Qvardiyasının “Hərbi fərqlənməyə görə” idarə medalı ilə təltif edilib.
Adam Kadırov 2023-cü ilin noyabrından Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir.
Həmin ilin oktyabrında o, Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb.
2024-cü ilin avqustunda isə respublikanın ali mükafatı olan Kadırov ordeni ilə təltif edilib.
Xuraman Etibarlı
İnterpress.az