Prezident Əsasnaməyə dəyişiklik etdibackend

Prezident Əsasnaməyə dəyişiklik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərmanda qeyd edilir:

1.4. aşağıdakı məzmunda 8.19-cu bənd əlavə edilsin:

\”8.19. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

8.19.1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların \”Sərhədkeçməyə məhdudiyyət siyahısı\”na daxil edilməsi;

8.19.2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatların \”Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı\”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi.\”;

1.5. 11.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.11-ci bənd əlavə edilsin:

\”11.11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi – ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında məlumatlar, o cümlədən həmin şəxslərin pasport məlumatları.\”;

1.6. aşağıdakı məzmunda 12.6-1-ci bənd əlavə edilsin:

\”12.6-1. \”Sərhədkeçmə zamanı xüsusi diqqət\” altsistemi:

12.6-1.1. altsistem vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər barədə məlumatlar \”Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı\”na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlər üçün istifadə olunur:

12.6-1.1.1. aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhədkeçməsinə icazə verilməməsi;

12.6-1.1.2. şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi;

12.6-1.2. \”Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı\”na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişilir;\”.

Eyni zamanda, Nazirlər Kabinetinə Prezident aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmanın 1-ci hissəsinin icrası ilə əlaqədar işlərin maliyyələşdirilməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

İnterpress.az