Pentaqon müdafiə nazirini ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə NYT məlumat yayıb.
Bildirilir ki, Pentaqon müdafiə naziri Pete Hegsetin qohumlarının da olduğu qrup söhbətinə məxfi məlumat yerləşdirməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Nəşr mənbələrə istinadən yazıb ki, Pentaqonun rəhbəri Yəmənə zərbələr endirilməsi ilə bağlı gizli məlumatı “Signal” söhbətinə göndərib və bu söhbətdə Heqsetin həyat yoldaşı, qardaşı və vəkilinin iştirak etdiyi iddia edilib.
Agentliyin bəyanatında bildirilir ki, bu yazışmalarda gizli heç nə yoxdur və nəşrin məqaləsi üçün yeganə məlumat mənbəyi işdən çıxarılmalarından narazı qalan keçmiş işçilərin hekayələridir.
Xuraman Etibarlı
İnterpress.az