Qazaxıstan və BƏƏ bir sıra ikitərəfli sənədlər imzalayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Bildirilir ki, Qazaxıstan prezidenti Tokayev Astanada Əbu-Dabinin vəliəhdi Şeyx bin Zayed əl-Nəhyanı qəbul edib.
Dövlət başçısı qeyd edib ki, BƏƏ Qazaxıstan iqtisadiyyatına ən böyük xarici investorların onluğuna daxildir. O, həmçinin ölkələr arasında dəyəri 5 milyard dollar olan 20 kommersiya sazişinin imzalanmasını alqışlayıb.
Görüşdən sonra imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Bundan əlavə, Qazaxıstan və BƏƏ arasında külək elektrik stansiyası layihəsinin həyata keçirilməsinə dair Sazişin ratifikasiyası elan edilib.
Xuraman Etibarlı
İnterpress.az