Ded Xasanın qətlini təşkil edən “Taqanskaya” mütəşəkkil cinayətkar qrupunun rəhbərinə hökm oxunub
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Moskva Şəhər Məhkəməsi “Taqanskaya” lideri İqor Jirnokleyevi 25 il müddətinə azadlıqdan məhrum edib.
O, Ded Hasan kimi tanınan kriminal avtoritet Aslan Usoyanın qətlinin təşkilində və digər xüsusilə ağır cinayətlərdə təqsirli bilinib.
Təsiri bütün postsovet məkanının və Qərbi Avropanın bəzi ölkələrinin kriminal aləminə yayılan Ded Xasan 2013-cü ildə Moskva restoranlarından birinin yaxınlığında öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az