Sorğu: Trampın dünyadakı reputasiyası Putin və Si Cinpininkindən pisdirbackend

Sorğu: Trampın dünyadakı reputasiyası Putin və Si Cinpininkindən pisdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın dünyadakı reputasiyası Putin və Si Cinpininkindən daha pisdir.

İnterpress.az xəbər verir ki, Nira Data tədqiqat şirkəti tərəfindən aprelin 9-dan 23-dək sorğu aparılıb. Sorğuda 100 ölkədən 111 mindən çox respondent iştirak edib.

2025-ci il Demokratiya Qavrama İndeksinə (DPI) görə, Amerika lideri Trampın yenidən seçilməsindən sonra dünyanın ABŞ haqqında təsəvvürü nəzərəçarpacaq dərəcədə pisləşib.

Nəticələrə görə, ABŞ-yə münasibət 2024-cü ildəki +22%-dən 2025-ci ildə -5%-ə düşüb ki, bu da Çindən (+14%) aşağı və Rusiyaya (-9%) yaxındır. Eyni dövrdə ABŞ-a müsbət baxan ölkələrin payı 76%-dən 45%-ə düşüb.

Bundan əlavə, sorğu göstərib ki, Trampın özü dünyada rus və çinli həmkarları Putin və Si Cinpinqdən daha az populyardır.

Amerika prezidentinə dünya ölkələrinin 82%-də mənfi baxılır ki, bu da Putin (61%) və Xi (44%) üçün göstəricilərdən xeyli pisdir.

Xuraman Etibarlı

İnterpress.az