Erməni spirtli içki istehsalçıları Gürcüstan səfirliyi qarşısında etiraz aksiyası keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, erməni alkoqollu içki istehsalçıları Gürcüstan səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar Gürcüstanın Ermənistandakı səfiri ilə görüşməyi tələb edirlər.
Onlar Rusiya və ya Baltikyanı ölkələrə ixrac etdikləri, istehsal etdikləri spirtli içkilərin, əsasən konyakların tranzit ölkədə nəyə görə yoxlanıldığını bilmək istəyirlər.
Etiraz edənlər bildiriblər ki, spirtli içkilər daşıyan yük maşınları günlərlə, həftələrlə yubanır və yoxlanılır.
Xuraman Etibarlı
İnterpress.az