Dağıstanda qaya uçması nəticəsində 50-dən çox yaşayış məntəqəsinin yolu bağlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, Dağıstanın Çarodinski rayonunda 50-dən çox yaşayış məntəqəsi qaya uçması səbəbindən yol əlaqəsi olmadan qalıb.
Artıq mütəxəssislər yolu təmizləmək üçün yola düşüblər.
Xuraman Etibarlı
İnterpress.az