Tramp məşhur arıqlama dərmanının təsirsizliyindən DANIŞDI – VİDEObackend

Tramp məşhur arıqlama dərmanının təsirsizliyindən DANIŞDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp “Ozempic”i tənqid edib, məşhur diabet dərmanını təsirsiz olmaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib. O, amerikalıların tez-tez arıqlamaq vasitəsi kimi istifadə etdikləri məşhur diabet dərmanı “Ozempic”i təsirli hesab etmədiyini bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, onun artıq çəkisi olan dostlarından biri bu məhsulu Londonda alıb. Sonra Tramp ona bunun kömək etməyəcəyini söyləyib.

“Mənim bir iş adamı dostum var, çoxlarınız onun haqqında eşitmisiniz… Gözəl iş adamı, amma artıq çəkisi var. O, köklər üçün olan iynə vurub… Mən ona dedim: xeyri yoxdur”, – o qeyd edib.

“Ozempic” diabet üçün bir dərmandır, lakin tez-tez kilo vermək üçün istifadə olunur. Bu səbəbdən bəzi internet istifadəçiləri Trampın özü haqqında danışdığını, bəziləri isə onun İlon Mask haqqında danışdığından əmindirlər.

Xuraman Etibarlı

İnterpress.az