Dağıstanlı müğənni avtomobildə özünü boğub.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan KİV məlumat yayıb.
Müğənni Şamil Abdurahmanov Mahaçqala-Günib avtomobil yolunda meşədə avtomobilində tapılıb.
O, əvvəllər avtomobilin içərisində plastik kəmərlə özünü boğub.
Hazırda məhkəmə-tibb ekspertləri və polis vəziyyət üzərində işləyir. Məlumata görə, o, həyatda sakit insan olub, heç bir problemi olmayıb.
O, ölümündən əvvəl bütün sosial şəbəkələrini silib.
Xuraman Etibarlı
İnterpress.az