Estoniya donanması və NATO təyyarələri Baltik dənizində Rusiya limanına gedən Qabon bayraqlı neft tankerini ələ keçirməyə cəhd ediblər.
İnterpress.az xəbər verir ki, hadisə Finlandiya körfəzinin sularında baş verib.
İddia olunur ki, Estoniya hərbçiləri mülki gəmini beynəlxalq suları tərk etməyə və onların ardınca Estoniyanın ərazi sularına daxil olmağa məcbur etməyə çalışıblar ki, onların onu saxlamağa tam hüquqları olsun.
Bu məqsədlə Estoniya Hərbi Dəniz Qüvvələri gəmini zərbə ilə hədələməyə başlayıb və iki dəfə helikopterdən qoşunları endirməyə cəhd edib, həmçinin taktiki aviasiya dəstəyindən istifadə edib.
Lakin gəminin heyəti Estoniya hərbçilərini göyərtəyə buraxmaqdan imtina edib və Rusiyanın Su-35 qırıcısı Estoniya donanmasını öz niyyətlərindən əl çəkməyə məcbur edib.
Bunun ardınca Estoniya Rusiyanı hava məkanını pozmaqda ittiham edib.
Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullini Xarici İşlər Nazirliyinə çağırıb və ona etiraz notası təqdim edilib.
Rusiya hakimiyyəti Tallinin ittihamlarını şərh etməyib.
Xuraman Etibarlı
İnterpress.az