Rusiyanın Kirov şəhərində iki polis əməkdaşı şübhəli şəxsi səhv salaraq təsadüfi bir kişinin qabırğasını sındırıb. Həbs zamanı o, kömək üçün qışqırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, əməliyyatçılar federal axtarışda olan cinayətkarı axtaran zaman mağazadan 39 yaşlı Yevgeni çıxıb.
Onun üzünü görən polislər bir-birlərinə baxıblar və düşünüblər ki, bu onların müştərisidir. Onlar kişiyə yaxınlaşıb, qəfildən vəsiqələrini göstərib və həbs proseduruna başlayıblar.
Yevgeni nə baş verdiyini anlamayıb, qorxub və qaçmağa çalışıb. Yazığı yıxaraq bir neçə zərbə endiriblər.
Yevgeniyə qandal vurublar, şəklini yoxladıqdan sonra məlum oldu ki, axtarışda olan şəxs tamam başqa adamdır. Adamdan üzr istəyib, buraxıblar.
Zərərçəkmiş xəstəxanaya müraciət edib, həkimlər onun sağ qabırğasının qapalı sınığı olduğunu müəyyən ediblər.
Faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az