Ermənistan hökuməti hərbi xidmətdən yayınmaya görə cəzaları sərtləşdirib və hərbi polisin səlahiyyətlərini genişləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
– Rüsumu ödəməkdən yayınma, özünə bədən xəsarəti yetirməklə, xəstələnməklə, sənədləri saxtalaşdırmaqla və ya digər aldatma vasitələri ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
– Hərbi xidmətdən yayınanların müəyyən edilməsi və axtarışı ilə bağlı səlahiyyətlər hərbi polisə veriləcək.
– Hərbi polisdən məcburi və səfərbərlik çağırışlarının təşkili, təlim-məşq toplanışı və təlimlərinin keçirilməsində hərbi komissarlıqlarla əməkdaşlıq etmək tələb olunacaq.
Xuraman Etibarlı
İnterpress.az