Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 298 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib. Bildirilir ki, Türkiyənin 47 vilayətində İŞİD-lə əlaqədə şübhəli bilinən 298 nəfər saxlanılıb.
O qeyd edib ki, əməliyyat 2 həftə ərzində aparılıb.
Xuraman Etibarlı
İnterpress.az