Almaniya miqrantlara hücum etməyə hazırlaşan terror təşkilatının 5 üzvünü HƏBS ETDİbackend

Almaniya miqrantlara hücum etməyə hazırlaşan terror təşkilatının 5 üzvünü HƏBS ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya miqrantlara hücum etməyə hazırlaşan ifrat sağçı terror təşkilatının 5 üzvünü həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə bu gün Karlsrue şəhər prokurorluğu məlumat yayıb. Almaniyanın federal prokurorluğu qaçqınlara və siyasi rəqiblərinə qarşı terror aktları planlaşdırmaqda şübhəli bilinən 5 gənci həbs edib.

Həbslər Meklenburq-Ön Pomeraniya, Brandenburq və Hessendə baş tutub.

İstintaqın məlumatına görə, saxlanılanlar təxminən bir il əvvəl yaradılan “Sonuncu Müdafiə Dalğası” (Letzte Verteidigungswelle) adlı ifrat sağçı qrupun üzvləridir.

Prokurorluq nümayəndəsinin sözlərinə görə, qruplaşma “alman millətinin müdafiəsi üçün özünü son çarə kimi görürdü”.

İddia edilən terrorçuların hədəfləri arasında sığınacaq axtaranların yataqxanalarının və solçu təşkilatların yandırılması və partladılması, “ölümcül nəticələrə səbəb ola bilər” olub.

Müstəntiqlərin fikrincə, üç şübhəli şəxs – Bencamin H., Lenni M. və Ceyson R. qrupda lider rolunu oynayıblar.

Həbslərlə eyni vaxtda müstəntiqlər Saksoniya və Türingiyadakı 13 yerdə axtarış aparıblar. İstintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az