Fransa “Müsəlman Qardaşları”nı təxribatda və dövlət strukturlarına sızmaqda İTTİHAM EDİRbackend

Fransa “Müsəlman Qardaşları”nı təxribatda və dövlət strukturlarına sızmaqda İTTİHAM EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa “Müsəlman Qardaşları”nı təxribatda və dövlət strukturlarına sızmaqda ittiham edir.

İnterpress.az xəbər verir ki, Fransada rəsmi hesabata görə, ictimai həyatın müxtəlif sahələrində təsir şəbəkəsi quran “Müsəlman Qardaşlar”ın fəaliyyəti ilə bağlı narahatlıqlar artır.

Fransa hökumətinin sifarişi ilə hazırlanan sənəddə təşkilatın yerli icmalara və qurumlara strateji nüfuzu barədə xəbərdarlıq edilir.

Hesabata görə, hərəkat təhsil, sosial və gənclər proqramları, xeyriyyəçilik və hətta maliyyə kimi sahələrdə çalışan yüzlərlə strukturla bağlıdır.

Ekspertlər qeyd edirlər ki, “Müsəlman Qardaşlar”ın fəaliyyəti yerli normaların tədricən dəyişdirilməsinə, bələdiyyə səviyyəsində təsirin artırılmasına və respublika dəyərlərinin zəiflədilməsinə yönəlib.

Hesabatda vurğulanır ki, hərəkat qeyri-zorakı üsullarla fəaliyyət göstərir və paralel siyasi sistem yaratmaq məqsədini bəyan etmir. Bununla belə, onun uzunmüddətli strategiyası milli birlik və demokratik təsisatların davamlılığı üçün risk kimi qiymətləndirilir.

Məsələyə mayın 21-də ölkə prezidenti, baş nazir və hökumətin əsas üzvlərinin daxil olduğu Fransa Müdafiə Şurasının iclasında baxılacaq.

Hesabatın müəllifləri daha fəal əks-hərəkətin aparılmasının zəruriliyində israr edirlər.

Xuraman Etibarlı

İnterpress.az