Rusiya prezidenti müharibəni bitirməyə hazır deyil, çünki o, özünü qalib hesab edir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Putinlə söhbətindən sonra Tramp Avropa liderlərinə deyib ki, Rusiya prezidenti müharibəni bitirməyə hazır deyil, çünki o, özünü qalib hesab edir.
Qeyd olunur ki, bu, Trampın açıq dedikləri ilə ziddiyyət təşkil edir: o, Putinin səmimi şəkildə sülh istədiyinə inanır.
ABŞ prezidenti Rusiyanın sülhə hazır olmadığı qənaətinə gəlsə də, bu, onu Moskvaya təzyiqləri artırmağa məcbur etməyib.
Xuraman Etibarlı
İnterpress.az