Dağıstanda açıq-saçıq toy geyimi ilə bağlı qalmaqal yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan KİV məlumçat yayıb. Dar paltarda olan şəhərli qadın Dağıstan toyunda qalmaqalın mərkəzinə çevrilib.
Hətta Dağıstan Müftisinin xanımı Ayna Qamzatova da tənqid edənlərə qoşulub, geyimi qəbuledilməz adlandırıb.
Münaqişə ənənəvi cəmiyyətdə məqbul olanın hüdudları ilə bağlı mübahisələri yenidən alovlandırıb.
“Biz necə və nə vaxt yaşadıq bu həddə çatdıq ki, bir qadın – dağıstanlı “böyüklər üçün filmlər”dən aktrisa kimi çıxır və cəmiyyət buna normal bir hadisə kimi yanaşırlar? Biz belə cəmiyyətə nə ad verməliyik?
Dağıstan cəmiyyətinə nə olub? Bir qadın (görünür, ilk gün deyil) Kardaşyan rolunu oynayır… Bu nədir? Dağıstanlı tamaşaçıların bir hissəsi deqradasiyaya uğrayıb?
Gəlin özümüzə, vətənimizə, əcdadlarımıza hörmət etməyə başlayaq ki, heç kim bizdən utanmasın!”, – Ayna Qamzatova bildirib.
İndi sosial şəbəkə istifadəçiləri ağ paltarlı həyasız qadını tapmağa çalışırlar ki, həyatını alt-üst etsinlər.
Xuraman Etibarlı
İnterpress.az