Gürcüstan bankları ruslar üçün 300 avrodan yuxarı alış-verişi məhdudlaşdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Gürcüstanın bank kartlarına sahib olan Rusiya vətəndaşları üçün 300 avrodan çox alış-verişə məhdudiyyətlərin tətbiqi maliyyə qurumunun beynəlxalq sanksiyalara əməl etmək öhdəliyi ilə bağlıdır.
Bundan əvvəl Gürcüstanın ən böyük banklarından biri olan “Bank of Georgia” bankın müştərisi olan Rusiya vətəndaşları üçün dünya üzrə dəbdəbəli mağazalarda qiyməti 300 avro, 300 dollar və ya 300 funt sterlinqdən yuxarı olan dəbdəbəli əşyaların ödənilməsinə məhdudiyyətlər qoyub.
Xuraman Etibarlı
İnterpress.az