Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı İspaniyada müəmmalı şəraitdə ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə “El Español” mənbələrə istinadən məlumat yayıb. İqor Qruşevskinin meyiti Mi-8 helikopterini qaçıraraq onunla Ukraynaya qaçan rus pilot Kuzminovun güllələndiyi həmin yaşayış kompleksində tapılıb.
Qruşevskinin qulağından qan içində hovuzda üzüstə uzandığı bildirilir.
Qəfil ürək dayanması və ya insultun ölüm səbəbi olduğu ehtimal edilirdi.
Qruşevski Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyib.
1990-cı illərdə Çerkassı və Kirovoqrad vilayətlərində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.
Xuraman Etibarlı
İnterpress.az