“Atlantik lobbi” ölkənin NATO və Aİ-yə üzvlüyü ilə bağlı gizli gündəliyini gizlədə bilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS Milli Şuranın deputatı Jan-Lük Addora istinadən məlumat yayıb.
Addorun sözlərinə görə, “Atlantik lobbi” İsveçrənin NATO və Avropa İttifaqına qoşulmasına yönəlmiş gizli gündəliyini ölkə vətəndaşlarından gizlətməyə nail olub.
Deputat həmçinin neytrallıq təşəbbüsü ilə bağlı səsvermənin nəticələrini şərh edərək, onun fikrincə, ölkədə müharibə tərəfdarlarının sülh tərəfdarlarından üstün gəldiyini bildirib.
İsveçrədə neytrallıq təşəbbüsü üzrə ümumxalq səsverməsinin 27 sentyabrda keçirilməsi nəzərdə tutulub.
Xuraman Etibarlı
İnterpress.az






