Rusiyalı musiqiçi və müğənni Yeqor Letovun məzarına donuz başı qoyulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Omskda “Qrajdanskaya oborona” qrupunun solisti Yeqor Letovun məzarını ziyarət edən pərəstişkarı məzar daşına yapışdırılmış, boz rəngə boyanmış donuz başı aşkarlayıb.
Məlumata görə, donuz başının üzərinə Bibliyadan sitat və latın dilində səlibçilərin çağırışı yazılıb. Pərəstişkar onu özü çıxara bilmədiyini bildirib.
Yerli administrasiya və qəbiristanlığın mühafizəsinin məsələ ilə bağlı hələ qərar vermədiyi, polisin isə araşdırma apardığı qeyd olunur.
Yeqor Letov “Qrajdanskaya oborona” qrupunun yaradıcısı, rusiyalı musiqiçi və şair olub.
Xuraman Etibarlı
İnterpress.az






