Primoryedə 650 mindən çox insan qəza səbəbindən susuz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası Primorye vilayəti üzrə FHN-ə istinadən məlumat yayıb.
Elektrik yarımstansiyasında baş verən qəza nəticəsində Primoryedə 650 mindən çox insan soyuq su təchizatından məhrum olub.
Məlumata görə, 3 660 çoxmənzilli bina və təxminən 16,5 min fərdi yaşayış evi su təchizatsız qalıb.
Bundan əlavə, 224 sosial əhəmiyyətli obyekt də qəza səbəbindən su təchizatından kənarda qalıb.
Xuraman Etibarlı
İnterpress.az






