Anapalı qadın seçkilərdən sonra sosial şəbəkədə paylaşımına görə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Anapada yaşayan Mariya adlı qadın seçkilərdən dərhal sonra müharibənin davam etdirilməsinə səs verən şəxslərə qarşı ölüm arzusu ifadə etdiyi paylaşım yayıb. O, paylaşımı bir neçə dəqiqə sonra silib.
Məlumata görə, Krasnodar deputatının müraciətindən sonra hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qadının Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqla bağlı məsuliyyətə cəlb oluna biləcəyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






