Almaniya minlərlə qadın və təqaüdçü sürücü AXTARIRbackend

Almaniya minlərlə qadın və təqaüdçü sürücü AXTARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Almaniya minlərlə qadın və təqaüdçünü yük maşını sürücüsü kimi axtarır.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” yazıb.

“Yalnız maşın sürməyi bacaranlar lazımdır”- elanda deyilir.

Almaniyada hazırda 100.000 yük maşını sürücüsü çatışmazlığı var. Bir çox mallar artıq gec çatdırılır.

“Əgər Vladimir Putin NATO ölkəsinə hücum edərsə, bu problem daha da pisləşə bilər”, – Ekspeditorlar, Logistika və Utilizasiya Assosiasiyasının (BGL) rəhbəri Dirk Engelhardt hesab edir.

“Bu halda Şərqi Avropadan olan 300 000-ə qədər sürücü Almaniyanı tərk edib vətəninə qayıda bilər.

Bu o deməkdir ki, Almaniya 400 000-ə qədər sürücü çatşmaya bilər – tələb olunan sayın demək olar ki, yarısı”, – Engelhardt əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az