Ermənistanın baş naziri və xanımı ifadələrində daha təmkinli olmalıdırlar.
İnterpress.az xəbər verir ki, bunu Söz Azadlığını Müdafiə Komitəsinin sədri Aşot Melikyan mətbuat konfransında deyib.
“Paşinyan və arvadının onlara ünvanlanan təhqirlərə münasibət bildirdiyi lüğət, prinsipcə, mənim üçün qəbuledilməzdir və qınamağa layiqdir.
Onların şərhlərini oxuyanda mən özüm də onlardan utanıram.
Cəmiyyət də siyasi elitadan nümunə götürür və bu, həm düşüncə, həm də insanlara münasibət baxımından cəmiyyətə daha böyük ziyan vurmaq üçün birbaşa yoldur”, – Melikyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az