Braziliyalı motosikletçi şou zamanı başını rampaya çırparaq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. 36 yaşlı idmançı sürəti düzgün hesablamayıb və ağır xəsarət alaraq xəstəxanada keçinib.
Hadisə Braziliyada keçirilən şou zamanı baş verib. 36 yaşlı motosikletçi Lurrike Ferrari fənd yerinə yetirərkən sürəti düzgün hesablamayıb.
Nəticədə o, eniş nöqtəsinə çata bilməyib və başındakı dəbilqə ilə birlikdə konstruksiyaya (rampa) çırpılıb.
Tibbi briqada dərhal hadisə yerinə gələrək ağır yaralanan idmançını xəstəxanaya çatdırıb.
O, təcili əməliyyat olunsa da, həkimlər həyatını xilas edə bilməyiblər. İdmançının aldığı xəsarətlərin ölümcül olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






