Metroda DƏHŞƏT: Sevgisinə görə damarlarını kəsib özünü qatarın altına ATDI – VİDEObackend

Metroda DƏHŞƏT: Sevgisinə görə damarlarını kəsib özünü qatarın altına ATDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Lubyanka” stansiyasında qarşılıqsız sevgi səbəbindən intihara cəhd edən gənc xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, gənc oğlan qarşılıqsız sevgi səbəbindən həyatına qəsd etmək qərarına gəlib.

O, stansiyada əvvəlcə bıçaqla damarlarını kəsib, daha sonra isə özünü yaxınlaşan qatarın qarşısına – relslərin üzərinə atılaraq intihara cəhd edib.

Hadisə yerində dərhal tədbir görülüb, qatarların hərəkəti operativ şəkildə dayandırılıb.

Şahidlərin köməyi ilə yaralı platformaya çıxarılıb və ona ilkin tibbi yardım göstərilib.

Gənc təcili xəstəxanaya çatdırılıb, həkimlər onun həyatının təhlükədə olmadığını bildiriblər.

İlkin məlumata görə, hadisəyə səbəb şəxsi münasibətlərlə bağlı emosional gərginlik olub. Araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az