32 yaşlı rusiyalı saç əkdirərkən klinikada vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Vladivostoklu tanınmış vəkil anesteziyadan sonra əməliyyat masasında həyatını itirib.
Hadisə Vladivostok şəhərində baş verib. 32 yaşlı tanınmış hüquqşünas Andrey Kapustin saç transplantasiyası üçün özəl klinikaya müraciət edib.
Yaxınlarının sözlərinə görə, anesteziya (narkoz) verildikdən sonra onun vəziyyəti qəflətən pisləşib və kişi elə əməliyyat masasındaca dünyasını dəyişib.
Qeyd olunur ki, prosedur zamanı videoçəkiliş aparılmayıb. Hazırda istintaq orqanları klinikanı və ölümün başvermə səbəblərini araşdırır.
Mətbuatda yayılan məlumatlara görə, Kapustin Primorye bölgəsində mülki işlər üzrə ən tanınmış mütəxəssislərdən biri olub.
Onun həyat yoldaşı və azyaşlı övladı qalıb.
Xuraman Etibarlı
İnterpress.az






