Erməni kilsəsində GƏRGİNLİK – II Qaregin İSTEFA VERMƏYƏCƏK – VİDEObackend

Erməni kilsəsində GƏRGİNLİK – II Qaregin İSTEFA VERMƏYƏCƏK – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katolikos istefa qərarını qəbul etməyəcək və buna haqqı yoxdur

İnterpress.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Arşak Xaçatryan II Qareginin gedişini “fərarilik” adlandırıb və onun vəzifədə qalacağını vurğulayıb.

Baş yepiskop Arşak Xaçatryan keçirdiyi mətbuat konfransında Bütün ermənilərin Katolikosunun vəzifədən getməsi üçün heç bir əsas görmədiyini bildirib.

“Kilsəyə mənsubiyyəti sual doğuran müəyyən şübhəli dairələr belə bir gündəm irəli sürdüyü üçün Katolikos gedə bilməz. Hətta 10 yepiskop belə tələb irəli sürsə də, o, vəzifəsini tərk edə bilməz. Katolikosu Milli Kilsə Məclisi seçir və Məclisin səlahiyyətlərindən kənar qəbul edilən hər hansı istefa qərarı fərariliyə bərabər olacaq”, – o qeyd edib.

Xaçatryan vurğulayıb ki, Katolikosun belə bir qərar vermək hüququ yoxdur və o, kilsə qarşısında məsuliyyətini dərk edir.

Xuraman Etibarlı

İnterpress.az