Qırğızıstanda mühüm kadr dəyişiklikləri BAŞ VERDİbackend

Qırğızıstanda mühüm kadr dəyişiklikləri BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda prezident bir sıra yüksək vəzifəli şəxsləri işdən azad edib və yeni təyinatlar həyata keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Məlumata əsasən, Rüstəm Mamasadıkov Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilərək Qırğızıstan Təhlükəsizlik Şurasının katibi təyin olunub. O, bu postda Bekbolotovu əvəz edib.

Daha əvvəl Dövlət katibi vəzifəsində çalışan Marat İmankulov prezidentin müşaviri təyin edilib. Dövlət katibi vəzifəsinə isə Arslan Koyçiyev gətirilib.

Bundan başqa, ölkə başçısı Səhiyyə Nazirliyinin rəhbərini, həmçinin Çuy və Oş vilayətlərindəki nümayəndələrini dəyişib.

Xuraman Etibarlı

İnterpress.az