Şok DƏLƏDUZLUQ: İnsanlardan pul yığmaq üçün oğluna “yas quran” qadın İFŞA OLUNDU – VİDEObackend

Şok DƏLƏDUZLUQ: İnsanlardan pul yığmaq üçün oğluna “yas quran” qadın İFŞA OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçidə ana sağ oğlunun “yasını qurub” və insanlardan pul yığıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qadın 12 yaşlı uşağının öldüyünü iddia edərək xeyriyyəçiləri aldadıb.

Məlumata görə, Soçi sakini olan qadın 12 yaşlı oğlunun diri ola-ola dəfn mərasimini səhnələşdirib və insanlardan ehsan (yas mərasimi) üçün pul istəyib.

Bildirilir ki, qadın əvvəlcə xeyriyyəçilərdən uşağın “reabilitasiyası” üçün vəsait istəyib, lakin heç bir sənəd təqdim etməyib. Onun istinad etdiyi həkim isə uşağın diaqnozunu təkzib edib.

Daha sonra qadın ağlayaraq səsli mesajlar göndərib, oğlunun “epilepsiya tutmasından öldüyünü” iddia edərək dəfn xərcləri üçün pul istəyib.

Könüllülər məlumatı yoxlayıblar – nə morqda, nə də xəstəxanalarda uşağın ölümü barədə heç bir qeyd tapılmayıb. Lakin insanların bir qismi ona pul köçürməyə macal tapıb.

Məlum olub ki, ailə uzun müddətdir nəzarətdədir: uşaq mütəmadi olaraq dərsdən qaldığı üçün ana əvvəllər cərimələnib. Hazırda polis faktla bağlı araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az