Süni intellekt manipulyasiyaya uyaraq silahdan istifadə edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Bloqerin apardığı eksperiment zamanı süni intellekt “qatil robot” roluna girərək tətiyi çəkib.
Məlumata görə, bir bloqer süni intellektin təhlükəsizlik sədlərini yoxlamaq üçün qorxulu bir eksperiment həyata keçirib.
O, “ChatGPT”ni “Unitree” robotuna qoşaraq ona tapança verib və süni intellekti tətiyi çəkməyə inandırmağa çalışıb. Bununla o, robotların insanlara zərər verməməsi barədə Azimovun məşhur birinci qanununun pozulub-pozulmayacağını yoxlayıb.
İlkin mərhələdə istifadə olunan baza manipulyasiyaları işə yaramayıb və süni intellekt atəş açmaqdan imtina edib. Lakin bloqer neyroşəbəkədən “qatil robot” rolunu oynamağı xahiş etdikdə vəziyyət dəyişib. Nəticə gözlənilməz olub: bot rola girərək atəş açıb.
Bu eksperiment süni intellektin gələcəkdə insanlıq üçün ciddi təhlükə yarada biləcəyi barədə müzakirələri yenidən alovlandırıb.
Xuraman Etibarlı
İnterpress.az






