“Telegram” “Discord”a çevrilir.
İnterpress.az xəbər verir ki, bu barədə xarici texnologiya mediası məlumat yayıb. Mesencerə çat və səsli otaqları olan tamhüquqlu serverlər əlavə ediləcək.
Məlumata əsasən, “Telegram” platforması öz funksionallığını genişləndirərək “Discord”a bənzəməyə hazırlaşır.
Tətbiqə çat və səsli otaqları özündə birləşdirən tamhüquqlu serverlərin əlavə olunması planlaşdırılır.
Yeni funksiya “Nods” adlanır. Bu, şəxsi və işgüzar ünsiyyəti bir-birindən ayırmaq üçün nəzərdə tutulmuş xüsusi fəzalar olacaq.
Yeniliyin əsas özəlliyi ondan ibarətdir ki, hər server üçün fərqli, unikal profil tənzimləmək mümkün olacaq.
İstifadəçi hər serverdə fərqli nik və avatar seçə biləcək, onun əsas hesabı isə anonim qalacaq.
Bu funksiyanın gələcəkdə “Discord” və “Slack” platformalarına alternativ olmaq potensialına malik olduğu bildirilir.
“Telegram” komandası artıq dizaynerlər üçün 50 min ABŞ dolları məbləğində mükafatı olan müsabiqəyə start verib.
Xuraman Etibarlı
İnterpress.az






