“Bunu qorxaqlıq kimi anlamayın” – Paşinyan rəqiblərini təhqir etməyi QADAĞAN ETDİbackend

“Bunu qorxaqlıq kimi anlamayın” – Paşinyan rəqiblərini təhqir etməyi QADAĞAN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan partiyadaşlarına xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistanın Baş naziri “Vətəndaş Müqaviləsi” partiyasının yeni etik qaydalar qəbul etdiyini açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkənin hakim “Vətəndaş Müqaviləsi” partiyası daxilində yüksək standartların müəyyən edildiyi “Partiya Etikası Əsasnaməsi” qəbul olunub.

Onun sözlərinə görə, bu, “dürüstlüyün ən yaxşı standartlarına” sadiqliyin ictimai şəkildə bəyan edilməsi deməkdir.

Hökumət başçısı tərəfdarlarına müraciət edərək deyib:

“Odur ki, biz söyüşə söyüşlə, təhqirə təhqirlə cavab verməyəndə, xahiş edirik, bunu zəiflik və ya qorxaqlıq kimi deyil, özümüzün qəbul etdiyimiz Etika Məcəlləsinə sadiqlik kimi qəbul edəsiniz”.

Xuraman Etibarlı

İnterpress.az