ABŞ mediasından ÜSYAN: “The New York Times” Pentaqonu məhkəməyə verdi backend

ABŞ mediasından ÜSYAN: “The New York Times” Pentaqonu MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The New York Times” Pentaqonu məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

“The New York Times” qəzeti cümə axşamı Pentaqona qarşı iddia qaldırıb. İddiaya əsasən, nazirliyin tətbiq etdiyi yeni hesabat məhdudiyyətləri jurnalistlərin hüquqlarını pozur.

Oktyabr ayında qüvvəyə minən yeni qaydalara görə, reportyorlar icazəsiz material əldə etməyəcəkləri barədə öhdəlik sənədi imzalamalıdırlar. Həmçinin, rəsmi müşayiət olmadan onların müəyyən ərazilərə girişi qadağan edilir.

Qeyd edək ki, “The Guardian”, “The Washington Post”, “CNN”, “Reuters”, “Associated Press” və digər aparıcı media qurumları da Pentaqonun bu sənədini imzalamaqdan imtina ediblər.

“The New York Times” məhkəmədən bu siyasətin icrasının dayandırılmasını tələb edir.

Xuraman Etibarlı

İnterpress.az