İdman zalında FACİƏ: Üzərinə ştanq düşən kişi ÖLDÜ – VİDEObackend

İdman zalında FACİƏ:  Üzərinə ştanq düşən kişi ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı kişi ştanqı saxlaya bilməyib və zalda ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Yanlış tutuş səbəbindən ağır idman aləti onun üzərinə düşüb, ürəyi dayanıb.

Braziliyada kişi fitnes klubunda ştanqı saxlaya bilməyib və aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, ağır alətin endirdiyi kəskin zərbə nəticəsində idmançının ürəyi dayanıb.

Faciəyə səbəb idmançının ştanqı yanlış tutması olub. O, baş barmağı ilə ştanqı tam tutmayıb (açıq tutuş), nəticədə dəmir mil əlindən sürüşərək birbaşa onun üzərinə düşüb.

Mütəxəssislər qeyd edirlər ki, belə tutuş formasından istifadə etmək olduqca təhlükəlidir və hətta təcrübəli idmançılar üçün də tövsiyə edilmir.

Xuraman Etibarlı

İnterpress.az