İsrail sərhədində ƏMƏLİYYAT – Silah dolu dron ƏLƏ KEÇDİ – FOTObackend

İsrail sərhədində ƏMƏLİYYAT – Silah dolu dron ƏLƏ KEÇDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu İordaniyadan silah qaçaqmalçılığının qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Hərbçilər üzərində tapança və patronlar olan dronu ələ keçiriblər.

Məlumata əsasən, İsrail hərbçiləri İordaniyadan ölkə ərazisinə silah qaçaqmalçılığı cəhdinin qarşısını alıblar.

Bildirilir ki, əməliyyat zamanı silah daşıyan pilotsuz uçuş aparatı (PUA) müsadirə edilib.

Drona baxış keçirilərkən onun üzərində 9 ədəd tapança və xeyli sayda patron aşkar olunub.

Xuraman Etibarlı

İnterpress.az