“Kalaşnikov”la mağazaya hücum edən şəxs polis tərəfindən ZƏRƏRSİZLƏŞDİRİLDİ – VİDEObackend

“Kalaşnikov”la mağazaya hücum edən şəxs polis tərəfindən ZƏRƏRSİZLƏŞDİRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marketə “Kalaşnikov”la girən şəxs içki rəflərini atəşə tutub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Məlumata görə, Petrovski rayonunda yerləşən supermarketlərdən birinə daxil olan AK-47 avtomatlı kişi mağazada atışma törədib.

Xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb. Təhlükəli “alıcı”nı zərərsizləşdirmək üçün hadisə yerinə gələn polis əməkdaşları xidməti silahdan istifadə etmək məcburiyyətində qalıblar.

Hazırda hüquq-mühafizə orqanları saxlanılan şəxsin niyə məhz spirtli içki rəflərinə atəş açdığını araşdırırlar.

Qeyd olunur ki, uğurlu saxlanılma əməliyyatından sonra DİN əməkdaşları mükafata təqdim olunublar – onlar “İgidliyə görə” medalları alacaqlar.

Xuraman Etibarlı

İnterpress.az