Putini “adamyeyən” adlandıran keşiş CƏRİMƏLƏNDİbackend

Putini “adamyeyən” adlandıran keşiş CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı keşiş Putini “adamyeyən” adlandırdığı üçün cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dövlətə hörmətsizlikdə suçlanan din xadimi 40 000 rubl (təxm. 900 man) ödəyəcək.

Məlumata görə, Rusiyanın Slavyansk-na-Kubani şəhər məhkəməsi dövlətə hörmətsizlik göstərdiyi əsası ilə iyermonax İona (İlya Siqida) barəsində cərimə qərarı çıxarıb.

Protokolun tərtib edilməsinə səbəb arxiyepiskop Viktor Pivovarovun saytında dərc olunan məqalə olub. Həmin yazıda Rusiya Prezidenti Vladimir Putin adamyeyənlə müqayisə edilib.

Məqalədə deyilir: “Bir nəfər ‘Mister Putin kimdir?’ sualına cavab axtararkən yuxusunda çılpaq bədənli, əlində böyük bıçaq olan dəli bir manyak görüb. O, çiy insan ətini qanla birlikdə kəsərək acgözlüklə yeyirmiş”.

Xuraman Etibarlı

İnterpress.az