Beyons rəsmən milyarder olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Məşhur ifaçı sərvəti bir milyard dolları keçən beşinci musiqiçi kimi tarixə düşüb.
Məlumata görə, dünya şöhrətli amerikalı müğənni Beyons rəsmi olaraq “Forbes”in siyahısında gəliri bir milyard dolları keçən beşinci musiqiçi olub.
Nəşr bildirir ki, sənətçinin sərvəti uğurlu musiqi karyerası və biznes layihələri sayəsində bu həddə çatıb.
Bununla da o, dünya musiqi tarixində ən varlı simalardan biri statusunu qazanıb.
Xuraman Etibarlı
İnterpress.az






