Nebenzya Zelenskini hədələyib.
İnterpress.az xəbər verir ki, Rusiya tərəfi BMT tribunasından Ukrayna rəhbərliyinə növbəti xəbərdarlığını edib.
Məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Moskva problemləri hərbi metodlarla həll etməyə davam edəcək.
Diplomat qeyd edib ki, bu proses Ukrayna Prezidenti Volodimir Zelenski “özünə gələnə” və danışıqlar üçün irəli sürülən real şərtlərlə razılaşana qədər dayanmayacaq.
Xuraman Etibarlı
İnterpress.az






