Moskva arxeoloq Butyaginin dərhal azad edilməsini istəyir.
İnterpress.az xəbər verir ki, Rusiya ilə Polşa arasında diplomatik gərginlik yaranıb.
Məlumata görə, Moskva arxeoloq Butyaginin dərhal azad edilməsini və Ukraynaya təhvil verilməməsini tələb edir.
Bununla əlaqədar Polşanın səfiri bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona qəti etiraz bildirilib.
Qeyd edək ki, rusiyalı alim dekabr ayında Ukraynanın sorğusu əsasında saxlanılıb.
O, “Krım mədəni irs obyektlərinin məhv edilməsi”ndə ittiham olunur.
Xuraman Etibarlı
İnterpress.az






