Tenerife hava limanında şok olay: Kişi ölən arvadı ilə təyyarəyə minmək istədi
İnterpress.az xəbər verir ki, Kanar adalarında tükürpədici hadisə baş verib.
Məlumata görə, polis əməkdaşları hava limanında dünyasını dəyişmiş həyat yoldaşını əlil arabasında təyyarəyə keçirməyə çalışan kişini saxlayıblar.
İlkin olaraq heç kim şübhələnməsə də, təhlükəsizlik xidmətinin əməkdaşı qadının ətrafdakılara reaksiya vermədiyini və bədən temperaturunun anomal dərəcədə aşağı olduğunu hiss edib.
Kişi ifadəsində həyat yoldaşının bir neçə saat əvvəl elə hava limanının binasında öldüyünü iddia edib. Lakin bəzi işçilər bildiriblər ki, o, ölümə görə məsuliyyəti hava limanının üzərinə atmağa cəhd edib.
Hazırda faktla bağlı ciddi araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






